Bakıda qadının boyunbağı zor tətbiq olunaraq talanıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Sadiq Musayev Bakı şəhər sakini olan bir qadının qızıl boyunbağısını zorla talamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.