Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq törədilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə müraciət edən qadın mobil telefonunun oktyabrın 4-də talanması ilə bağlı məlumat verib. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Ələkbərov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.