Bakının Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 1 fevral tarixində APA məlumat verib.
Qadın və kişi beşmərtəbəli binanın damına çıxaraq intihar edəcəklərini bildiriblər. Ətrafda olan insanlar polisə müraciət ediblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Həmin şəxslərlə FHN-in psixoloqları söhbət apardıqdan sonra onlar fikirlərindən daşınıblar. Onlar izahat vermək üçün polis bölməsinə aparılıblar.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/razmer.mp4"][/video]