Bakıda qadınların şəkillərini çəkən şəxs tutulub. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt ərazisində 29 yaşlı Nurlan Yusifli TikTok sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto və videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Bununla bağlı o, saxlanılaraq 30 sutka müddətinə həbs olunub.