Paytaxt ərazisində aksiz markasız və saxta aksiz markalı tütün məhsullarının satışı aşkarlanıb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Daxil olan məlumata əsasən, keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri ərazisində 21 satış məntəqəsindən16.062 qutu qanunsuz satılan tütün məmulatı aşkar edilib.
20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış materiallar araşdırlıması üçün aidiyyəti üzrə göndərilib.