Bakının Xəzər rayonunda yük qatarı avtomobillə toqquşub. Sürücü xəsarət alıb. Bu haqda bu gün, 16 yanvar tarixində APA məlumat verib.
Hadisə Qala qəsəbəsindəki şlaqbaumsuz dəmiryol keçidində baş verib. 60 yaşlı Aydın Kərimov “VAZ-2107” markalı minik avtomobilini idarə edən zaman keçiddən keçərkən yük qatarına çarpılıb. Zərbənin gücündən “VAZ” aşıb, sürücü müxtəlif ağır sınıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.