Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bu gün, saat 12:40 radələrində 43 yaşlı İsrafil Yusifov adıçəkilən qəsəbədə yerləşən gözəllik salonlarının birində öz həyat yoldaşı, 37 yaşlı Aygün Yusifovanı bıçaqlayaraq öldürüb. Daha sonra o, bölməyə gələrək polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.