Paytaxtda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Bakuplus.az-a verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Yasamal rayon ərazisində yerləşən restoranların birindən 738 manat pul oğurlanıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Ə.Mutarzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.