Bakıda Rusiya vətəndaşı ölüb. Hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeydə alınıb. Bu haqda Report 16 noyabr tarixində xəbər verib.
37 yaşlı Timoşevskaya Vera yaşadığı evin hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.