Bakıda Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb. Bu haqda BakuPlus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Yasamal rayonu N.Nərimanov prospektində Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.