Bakıda daha bir sürücü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına çətin anlar yaşadıb. Bu haqda sosial şəbəkələrdə videogörüntü yayılıb.
Paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü sağ zolaqdan ötmə əməliyyatı keçirib.
Daha sonra, yolayrıcındakı arakəsməyə çırpılmamaq üçün, son anda sükanı çevirməyə nail olub.
Həmin an o, ətrafdakı nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla diqqət çəkib.