Bakının Xətai rayonu, Xocalı prospektində sürücü avtomobili düzgün park etməyərək yolun yarısını bağlayıb. Bu haqda bu gün, 4 iyun tarixində Caliber.az məlumat verib.
Belə ki, “Toyota Prius” markalı avtomobilin (99-BU-301 dövlət nömrə nişanı) sürücüsü nəqliyyat vasitəsini səkiyə perpendikulyar olaraq saxlayıb və yolun üç zolağından təxminən ikisində nəqliyyatın hərəkətini iflic edib.