Paytaxt ərazisində sürücü yol polislərindən qaçıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Unikal.az-ın Telegram kanalına istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilin sürücüsünə polis əməkdaşı “saxla” əmri verib. Lakin o, əmrə tabe olmayıb.
O, nəqliyyat vasitəsini səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçıb.