Bakıda sürücü ürək tutması nəticəsində qəza törədib. Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Bu haqda APA 22 noyabr tarixində xəbər verib.
21 noyabr saat 12:00 radələrində paytaxt sakini İlqar Qurbanov ürək tutması nəticəsində idarə etdiyi “Opel” markalı avtomobili öncə dirəyə, daha sonra yaxınlıqdakı mağazanın divarına çırpıb.
Faktla bağlı araşdırma davam edir.