Bakının Xətai rayonunda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanlar var. Bu haqda bu gün, 12 oktyabr tarixində Report məlumat verib.
Hadisə “Əhmədli” metro stansiyasının yaxınlığında baş verib. 57 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus “KamAZ”la toqquşub. Daha sonra avtobusun sürücüsü idarəetməni itirərək işıqfor dirəyinə çarpılıb.
Qəza nəticəsində sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=74377]