Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində paytaxt sakini sərnişinləri tərəfindən soyulub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, Ş.Mirzəzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinləri tərəfindən bıçaqla hədələnərək 120 manat pulu və mobil telefonu talanıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Nahid Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.