Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində taksi sürücüsünə qarşı quldurluq edilib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobilə sərnişin qismində oturan iki nəfər sürücünü hədələyərək 30 manatını alıblar.
Bakı şəhər sakini Ə.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam edir.