Bakıda narkotik satan şəxslər tutulublar. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar. Onların üzərlərində və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdə 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər narkotikləri Babək adlı İran vətəndaşının tapşırığı ilə Binəqədi rayonu Xocəsən qəsəbəsindən götürdüklərini və Bakı şəhəri ərazisində satmaq niyyətində olduqlarını deyiblər.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.