Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu barədə Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma saunada qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.