top
Bakıda sevgilisinə işgəncə verən və ona qarşı alçaldıcı hərəkətləri lentə alan gənc həbs edilib
22 iyun 2024, 07:25
- +

Bakıda sevgilisinə işgəncə verən və ona qarşı alçaldıcı hərəkətləri lentə alan gənc həbs edilib

Bakıda sevgilisinə ağır xəsarətlər yetirən, ona qarşı müxtəlif alçaldıcı xarakterli hərəkətlər edərək videoya çəkən gənc həbs olunub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Neftçala sakini, 21 yaşlı Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini Aysu (adı dəyişdirilib) ilə tanış olub və onlar arasında sevgi münasibəti yaranıb. Bir müddət sonra qızın hamilə olduğu üzə çıxıb. Daha sonra onların münasibətləri pozulub və Əli qısqanclıq zəminində keçmiş sevgilisini cəzalandırmaq qərarına gəlib.

Məmmədov Aysunu dostunun evinə apararaq ona ağır xəsarətlər yetirib. Həmçinin qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək videoya çəkib. Bundan sonra qızı digər yerə apararaq onu orada 4 gün ərzində saxlayıb. Bildirilir ki, o, qızı amansızlıqla döyməyə və təhqir etməyə davam edib. Bütün cinayətlərini Məmmədov lentə alıb.

Beş gündən sonra qızından xəbər almayan anası polisə müraciət edib. Məmmədovun və qızın yerini müəyyən edərək polis əməkdaşları gənci saxlayıblar. Onun telefonunda qıza qarşı etdiyi hərəkətləri əks etdirən 4 video aşkar edilərək istintaq materiallarına daxil edilib. Verilən məlumata görə, aldığı xəsarətlərdən Aysu bətnindəki övladını da itirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin “Əzab vermə - hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

Proses zamanı məlum olub ki, Məmmədov 2022-ci ildə də ağır cinayət törədib. Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıb.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Bu gün, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Bu gün, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Bu gün, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Bu gün, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
Dünən, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Dünən, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Dünən, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Dünən, 16:11

"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Zahid Oruc

Xəbər
Dünən, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Dünən, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Dünən, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Dünən, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Dünən, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Dünən, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Dünən, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Dünən, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Dünən, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
20 sentyabr 2026, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Oxşar xəbərlər