top
Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən döyülən şəxsi ilə bağlı DİN-dən açıqlama
11 oktyabr 2022, 00:24
- ↺ +

Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən döyülən şəxsi ilə bağlı DİN-dən açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Bakıda oğurluq əməlində şübhəli bilinən şəxsin 36-cı Polis Bölməsində döyülməsi iddiaları ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az məlumat verir.

Bakının Xətai rayonunda mənzillərin birindən oktyabrın 10-da 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublunun oğurlanması barədə polisə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Saxlanma zamanı onun idarə etdiyi "BMW" markalı avtomobildən oğurlanan əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb. Həmçinin məlum olub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib.

Saxlanma zamanı qaçışa cəhd etməsinə və qeyri-adekvat davranışlarına görə Qəhrəmanov narkoloji müayinədən keçirilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmənin qərarından rayon prokurorluğu ilə birgə yuxarı instansiyaya apellyasiya şikayəti verib. İ.Qəhrəmanov Xətai RPİ-nin İstintaq şöbəsinə gətirilib və əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

İstintaq zamanı məlum olub ki, Qəhrəmanov Bakı şəhərində yetkinlik yaşına çatmadığı dövrdə 96 oğurluq törətdiyinə görə məhkəmə qarşısına çıxarılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə azadlığa buraxıldıqdan sonra o, 2021-ci ilin dekabrında Binəqədi rayonu ərazisində mənzildən külli miqdarda oğurluq etdiyinə görə həbs olunub və barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin məhkəmə istintaqı zamanı Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından buraxılıb. Hazırda həmin iş üzrə də məhkəmə istintaqı davam etdirilir.

Məhkəmədəki çıxışında onun polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddiaları üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq, bu məsələyə də hüquqi qiymət veriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Oxşar xəbərlər