Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda 11 oktyabr tarixində Lent.az məlumat verib.
Pirşağı qəsəbəsində yaşayan 18 yaşlı Sabir Miriyev evdə özünü asaraq intihar edib. İntiharın ilkin səbəbi təhsil haqqını ödəyə bilmədiyi və bilet almağa pul tapmamağıdır. Mərhum Türkiyədəki universitetlərdən birində oxuyurmuş.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.