Bakının Binəqədi rayonu ərazisində martın 11-də taksi sürücüsündən quldurluq yolu ilə 20 manat oğurlanıb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Chevrolet” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs sürücünü bıçaqla hədələyərək ondan 20 manat talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.