Bakıda əxlaqsız hərəkət edən taksi sürücüsü saxlanılıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sürücü, 31 yaşlı Kənan Rüstəmov qadın sərnişin avtomobildə olan zaman ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı şübhəli şəxs saxlanılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.