Bakıda taksi sürücüsü sərnişini qarət edib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Binəqədi rayonunda baş verib. Taksi sürücüsü avtomobilinə sərnişin kimi oturan şəxsi öncə maşından düşürüb, daha sonra mobil telefonunu əlindən alıb.
Aparılan araşdırma zamanı Bakı şəhər sakini Elməddin Səmədzadə şübhəli şəxs qismində saxlanılıb.