Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsində soyğunçuluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 aprel tarixində Lent.az məlumat verib.
Naməlum şəxs və ya şəxslər Taleh Məmmədovun evinə daxil olaraq ondan 3000 manat dəyərində “Dell” markalı kompüter, 1000 manat dəyərində “Canon” markalı videokamera və 300 manat nağd pul oğurlayıblar.
Zərərçəkmiş artıq hadisə barədə polisə məlumat verib. Faktla bağlı araşdırma başlanılıb.
Məmmədov sosial araşdırmalarla məşğul olan blogerdir və daha çox Taleh Məmməd kimi tanınır.