Bakının Qaradağ rayonunda yerləşən “Abşeron” Ticarət Mərkəzində yanğın olub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 130 kv.m olan taxta sexinin içərisində sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları, kondisioner və taxta materialları yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.