Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən mənzillərin birindən meyit tapılıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
32 yaşlı Rahim İsayevin meyiti yaşadığı evin sanitar qovşağında tapılıb. Meyiti aşkar edən şəxs mərhumun xalası idi.
Onun hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı araşdırma aparılır.