Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 26 sentyabr tarixində Lent.az məlumat verib.
Verilən məlumata görə, azyaşlı qızın sırğası oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri Orxan Qasımzadə və Gülüm Kamranlı saxlanılıblar.
Hər iki şəxs istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.