Bakının Binəqədi rayonunda uşaq öz babası tərəfindən qaçırılıb. Bu haqda məlumatı vəkil Zibeydə Sadıqova ötən gün, 26 mart tarixində paylaşıb.
“Ana, E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırıldığından şikayət etmək istəyib. 7-ci PB-nin əməkdaşları nəinki E.Əhmədovanın şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”, - vəkil öz paylaşımında qeyd edib.
Məsələ ilə bağlı DİN-in rəsmisi Nurlan Əliyev bildirib ki, hadisə araşdırılır: “Hazırda daxil olmuş məlumat əsasında araşdırma aparılır. Bu, ailədaxili məsələdir. Prosessual qanunvericiliyin tələblərinə görə, tərəflərin hüquqları təmin olunacaq”.