Bakının Binəqədi rayonu Cəfər Xandan küçəsində kişi yeni tikilən binadan yıxılıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İnşa olunan obyektdə işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma başlanılıb.