Paytaxt ərazisində kiberdələduzluq olunub. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, bir nəfərin bank kartından 2000 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.