Bakıda uşaq evində valideynin tərbiyəçini döyməsi ilə bağlı DİN açıqlama verib. Bu haqda 19 yanvar tarixində Qafqazinfo.az xəbər verib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat başlanılıb. Uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək izahat verib.
Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticələri məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.