Paytaxtın Binəqədi rayonu, Bəhlulzadə küçəsində avtomobil velosiped sürən ata və qızını vurub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
45 yaşlı Rauf Zeynalovun idarə etdiyi “Ford Transit” markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn 51 yaşlı Sabirabad rayon sakini Süliddin Əliyevi və onun 12 yaşlı qızı Zeynəb Əliyevanı vurub. Nəticədə 51 yaşlı kişi hadisə yerində dünyasını dəyişib, qızcığaz isə kəllə-beyin travması, beyin əsasının sınığı, daxili qanaxma və qabırğanın çoxsayılı sınıqları ilə xəstəxanaya yerləşdirilib.