Bakıda intihar hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 30 sentyabr tarixində xəbər verir.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında xadimə işləyən 49 yaşlı Aidə Novruzova xəstəxananın həyətindəki tikilidə özünü asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən canına qəsd etməsi bilinmir.
Faktla bağlı araşdırma aparılır.