Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Bakuplus.az FHN-ə istinadən xəbər verir ki, “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.