Paytaxtın Binəqədi rayonunda yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə adıçəkilən rayonun Rəsulzadə küçəsində baş verib. 83 yaşlı Mayıl Həsənov 4 may tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda onun axtarışları davam edir.