Bakıda yanğın hadisəsi baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.
Xəzər rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələr cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən 7-i uşaq olmaqla 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.