Bakıda yanacaqdoldurma məntəqəsində sərxoş sürücü çətinlik yaradıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Hava Limanı yolundakı YDM-lərin birində baş verib.
“Kia” markalı avtomobilin sürücüsü arxadan gələrək yaxınlığımda saxladı. Mənim maşınıma benzin doldurularkən bir neçə dəfə siqnal səsindən istifadə edən xanım sürücüdən mən və orada olan bir neçə sürücü maşını bir az geriyə çəkməsini xahiş etdik. Çünki çox yaxın saxladığı üçün mən YDM-dən çıxa bilmirdim. Lakin xanım sürücü və yanındakı şəxs mübahisə etməyə başladılar. Avtomobilimdən düşdükdə isə sürücünün sərxoş olduğunu gördüm. Daha sonra bununla bağlı DİN-in 102 xidmətinə məlumat verdim”, – deyə şahid qeyd edib.