Bakının Binəqədi rayonunda 13 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az məlumat verir.
A.Gəraybəyli küçəsində yaşayan Türkan Müjdunova martın 16-da evdən çıxaraq bir də geri qayıtmayıb.
Axtarış işləri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır.