Bakuplus.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən əyləncə mərkəzlərinin birindən 800 manat dəyərində mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 3 nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.