Səbail rayonunda yol polisini avtomobil vurub. Bu haqda 29 sentyabr tarixində Report məlumat verib.
Bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, Kukla teatrının yaxınlığında xidmət aparan polis serjantı Ramin Ağamalıyevi hərəkətdə olan avtomobil vurub. Yaralı polis Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib və hal-hazırda onun vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.