Binəqədi rayonunda yol qəzası piyadanın ölümü ilə nəticələnib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Oktyabrın 16-da saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva naməlum avtomobil tərəfindən vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev isə idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib.
Nəticədə piyada hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.
Araşdırma aparılır.