Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adil Əliyev idarə etdiyi “UAZ” markalı nəqliyyat vasitəsi ilə yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə çarpılıb. Nəticədə sonuncunun içərisində olan və taksi fəaliyyəti göstərən Arif İsmayılov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.