Paytaxtın Binəqədi rayonunda yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. Əhliman Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə 34 yaşlı Famil Məhərrəmovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobilinə çarpılıb. Nəticədə sonuncunun sərnişinləri - 60 yaşlı Pərvanə Kərimova, 53 yaşlı Təranə Xələfova hadisə yerində vəfat ediblər. 4 yaşlı Vaqif Məhərrəmli isə alnından xəsarət alıb.
Faktla bağlı araşdırmaya başlanılıb.