Binəqədi rayonunda üç avtomobil qəzaya uğrayıb. Bu haqda 29 sentyabr tarixində APA məlumat verib.
Cəfər Xəndan küçəsində yolun əks istiqaməti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü əvvəlcə nəqliyyat vasitəsini “Opel”, daha sonra “Toyota” markalı minik maşınlarına çarpıb. Zərbənin təsirindən “Hyundai” yol kənarındakı işıq dirəyinə dəyərək dayanıb. Qəza nəticəsində 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_71946" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]