Nəsimi rayonunda 3 avtomobil toqquşub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində "Nissan", "Renault" və "Kia" markalı avtomobillərin iştirakı ilə qəza baş verib.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılara təcili yardım avtomobilində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_78133" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]