Yasamal rayonunda zoomağaza qarət edilib. Bu haqda 26 aprel tarixində BAKU.WS məlumat verib.
Həsən bəy Zərdabi 49 ünvanında yerləşən zoomağazaya daxil olan şəxs itlər üçün satılan ağızlıq, boyunluq və digər aksesuarları götürüb.
Onun dostu isə satıcının başını qatıb. Ümumilikdə mağazaya 150 manatlıq ziyan dəyib.
Oğrular axtarışa veriliblər.