Bakı Dairəvi Yolunda avtoqəza baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çarpılıb. Nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.