Bakının Xətai rayonunda yerləşən “Şahzadə” şadlıq sarayında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 3 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Toya gələn 58 yaşlı Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə o, kəllə-beyin travması alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.